Sosial

"Elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək" - Hadi Rəcəbli

Elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək - Hadi Rəcəbli

"Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək".

Demokrat.Az-ın "Report"a istinadən xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".

H.Rəcəbli qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir:

"Vətən uğrunda canından keçənlər bizim üçün əzizdir".

D
demokrat.az