Bu gün Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum edən terrorçuYasin Hüseynzadə molla rejiminin hüquq-mühafizə orqanları tərəfindən dindirilərək, cəzalandırılmaq əvəzinə rahat şəraitdə yerli televiziya kanallarına müsahibələri təşkil edilir.
Demokrat.az xəbər verir ki, iranlı terrorçuguya həyat yoldaşının 9 aydır Azərbaycan Səfirliyinin binasında saxlanılması barədə cəfəng iddialar irəli sürüb.
İran xüsusi xidmət orqanlarının göstərişi əsasında danışan terrorçunun yerliteleviziya kanallarına sərbəst şəkildə müsahibələr verməsi də diqqətdan yayınmayıb.
İran mediası terrorçunun əməlini məişət zəminində törətməsi kimi təqdim etməyə çalışır.
Həmin görüntüləri təqdim edirik:
Həsən Demokrat.az


