Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehran Polis İdarəsi ilkin açıqlama yayıb.
Demokrat.az İran mediasına istinadən xəbər verir ki, polisin ilkin açıqlamasında deyilir: Ətraflı
"Hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. İlkin istintaqda təcavüzkar hücum motivlərini şəxsi və ailə problemləri kimi göstərib".
Xatırladaq ki, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.//Azxeber.com


