Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti əsas və köməkçi və əsas yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə; 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


