Bu gün gunorta saatlarında BaşProkuror yanındaKorrupsiyaya QarşıMübarizəBaşİdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Tribunainfo.az-a verilən məlumata görə BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib.
Məlumat üçün bildirək ki, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib.
Qeyd edək ki, BŞİH- dən xəbəri təsdiq etdilər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasovun olduğunu bildirdilər.


