Dünya

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 673,174,761 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə onlayn statistikasındaqeyd olunub.

Virusdan 6,745,421 xəstə ölüb, 644,753,115 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (103,829,943 nəfər), Hindistan (44,681,921), Fransa (39,481,072), Almaniya (37,668,384) və Braziliyadır (36,733,016).

Sərhəd qonşularımız arasında Rusiyada 21,888,428, Türkiyədə 17,042,722, İranda 7,563,273, Gürcüstanda 1,811,015, Ermənistanda isə 446,008 nəfərdə koronavirus aşkar edilib. Azərbaycanda koronavirusa yoluxan 827,638 nəfərin 10,068-i ölüb, 817,237 xəstə isə müalicə olunaraq sağalıb.

NE
Nihadə Eyyubova