Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır. Layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.
Məsələyə münasibət bildirən Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi Elçin Şıxlı Demokrat.az-a açıqlamasında yeni qərarı müsbət qarşıladığını qeyd edib:
"Təbii ki, bu, çox müsbət təşəbbüsdür. Ümid edək ki, bu qanun işləyəcək. Hər bir yerdə qanunun tətbiqi və işləməsi mühümdür".
Aynurə Demokrat.az


