Argentina millisinin kapitanı Leonel Messi 2022-ci il Dünya Kubokunu qazandıqdan sonra duyğularını bölüşüb.
Demokrat.az "sports.ru"ya istinadən xəbər verir ki, çempionluqdan bir ay keçməsinə baxmayaraq, hələ də buna inana bilmədiyini dilə gətirib:
“Dünyanın ən gözəl hadisəsindən bir ay keçdi və mən hələ də buna inana bilmirəm. Nə gözəl inanılmazlardan keçdik və hamımızın çox istədiyi kuboku qaldırdıq.
Əlbəttə, çempionluq hər kəsi xoş edir, amma çox gözəl bir ay keçirdim, nə qədər gözəl xatirələr yaşadım. Komanda yoldaşlarım, onlarla gündəlik iş, söhbətlər, məşqlər, etdiyimiz axmaq şeylər üçün darıxıram... Ailəmin bu unudulmaz təcrübədən hər gün həzz aldığını görmək nə qədər xoş idi”
“Argentinada, stadionun içərisində və xaricində bizi dəstəkləyən insanların çılğınlığını görmək necə də gözəl idi.
Allahım, hər şey üçün təşəkkür edirəm. Dediyim kimi, onu mənə verəcəyini bilirdim. Təsəvvür edə bilmədiyim şey sonrakı hadisələr idi. Heç vaxt belə çılğın bir bayram təsəvvür etməmişdim” – superulduz instaqram hesabında qeyd edib.
Zamiq Demokrat.az


