Sosial

Bakıda lentə alınmış bu görüntülər gündəm oldu — VİDEO

Bakıda lentə alınmış bu görüntülər gündəm oldu — VİDEO

Bakıda azyaşlının avtomobil yolunda motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

Demokrat.az xəbər verir ki, görüntüləri Saleh Nəsirov adlı sosial şəbəkə istifadəçisi öz hesabında paylaşıb.

O bildirib ki, görüntülər 16 yanvar saat 13:13 radələrində Yasamal rayonunun Məhəmməd Naxçivani küçəsində lentə alınıb.

Kadrlarda 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

Посмотреть эту публикацию в Instagram

Публикация от SALEH▪️NASIROV (@saleh.nasirov)

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:

“Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.

D
demokrat.az