Fevralın 17-dən etibarənRusiyanın “Aeroflot” Hava Yolları Sankt-Peterburq və Bakı arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Bubarədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
“Pulkovo” hava limanından Bakıya uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək. Bilet satışı artıq açıqdır.


