İdman Özəl

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

İtaliya mətbuatında "Qalatasaray" azarkeşlərinin narahatlığına səbəb olan iddia ortaya atılıb.

Demokrat.az xəbər verir ki, mövsümün əvvəlində Fransa nəhəngi PSJ-dən icarəyə götürülən "Qalatasaray"ın ulduzu Mauro İkardi üçün klubundan sürpriz addım gəlib.

İtaliya mətbuatının yazdığına görə, PSJ "Milan"da çıxış edən Rafael Leaonunun transferi üçün İkardini təklif etmək niyyətindədir. Ulduz futbolçunun İtaliya klubuna cavabı ictimaiyyətdə maraq doğurub.

Argentinalı futbolçu əvvəlki açıqlamalarında “Qalatasaray”da çox xoşbəxt olduğunu bildirib. Bununla belə, hücumçunun "Milan"ın təklifinə cavabı maraq doğurub. Belə ki, 29 yaşlı forvard "Milan"ın əzəli rəqibi "İnter"də çıxış edib.

Qeyd edək ki, argentinalı ulduz bu mövsüm "Qalatasaray" forması ilə 8 oyuna çıxıb və 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova