"Mən əvvəlcədən “Bakcell” mobil operatorunun xidmətindən istifadə etmişəm və bu mobil operatorun xidmətləri qane edir.Azercell”in xidmətləri isə bahadır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.
O, “Azercell”in xidmətlərindən istifadə etmədiyini qeyd edib: “Azercell”in xidmətləri mənə görə kifayət qədər bahalıdır. Yəni, onun təklif etdiyi paketlər məni qane etmir. Bir çox hallarda ölkəmizdə fəaliyyət göstərən operatorun əksəriyyəti müştərilərin mövqelərini nəzərə almır və bitrərəfli qaydada qərarlar qəbul edirlər. Ümumiyyətlə, bu sahəyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi diqqəti artırmalıdır. Çünki sosial şəbəkədə kifayət qədər şikayətlər olur. Balanslardan pul tutmalarla bağlı çoxsaylə şikayətlər yazılır. Belə rəy yaranır ki, bu operatorlar nə istəsələr edə bilərlər”.
Aynurə Demokrat.az


