Region Özəl

Yunanıstan Türkiyəni Avropa Birliyinə şikayət etdi

Yunanıstan Türkiyəni Avropa Birliyinə şikayət etdi

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyədən Avropa Birliyinə şikayət edib.

Türkiyəli balıqçıların Yunanıstan ərazisində aid sularda balıq tutduğunu iddia edən nazir türk məhsullarının satışının qadağan edilməsini istəyib. Demokrat.az "TGRT Haber"ə istinadən xəbər verir ki, Egeydəki adalarda silahlanan Yunanıstan, indi türk balıqçıları vasitəsilə Yunanıstan Türkiyəyə qarşı təşəbbüs irəli sürüb.

Bu çərçivədə yunanıstanlı nazir bu ilin 5 yanvarında Didim yaxınlığındakı Bulamaç adasında Türkiyə və Yunanıstan sahil mühafizə gəmilərini bir-birinə qarşı gətirən hadisəni əsas gətirib.

O, bildirib ki, artıq məsələ ilə bağlı Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrellə ​​məktub göndərib. Dendias Türkiyənin Sahil mühafizə gəmisinin Yunanıstan gəmisini sıxışdırdığını iddia edib.

Nazir məktubda təkrarlanan təcrübənin təhlükəli mühit yaratdığını və Ankaranın Yunanıstan və Türkiyə arasında gərginliyi artırmaq üçün istifadə etdiyi fikrini deyib. Bunun isə Yunanıstanın suverenliyini pozduğunu iddia edib.

Dendias Avropa Birliyinin qeyri-qanuni, qeydiyyatsız və nizamsız balıq ovu ilə mübarizə ilə bağlı tənzimləməsinin Türkiyə üçün qüvvəyə minməsini, Aİ bazarında türk balıq məhsullarına qadağa qoyulmasını tələb edib.

Jalə Demokrat.az

D
demokrat.az