Dünya Özəl

Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR

Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR

Elvis Preslinin yeganə qızı, müğənni Liza Mari Presli Los-Anceles xəstəxanasında vəfat edib. Demokrat.az xəbər verir ki, ABŞ mediası 54 yaşlı Preslinin infarkt keçirdiyini yazıb. L.Mari cümə axşamı səhər saatlarında xəstəxanaya yerləşdirilmişdi.

Presli sonuncu dəfə "Beverley Hills"də keçirilən "Qızıl Qlobus"un mükafatlandırılma mərasiminə qatılmışdı. 1968-ci ildə anadan olan müğənni atasının yolunu davam etdirərək, musiqi karyerasına davam edib. İlk albomunu 2003-cü ildə buraxıb. Musiqiçi Denni Keoq Preslinin ilk əri olub. Ondan boşandıqdan sonra müğənni daha üç dəfə - müğənni Maykl Cekson (1994 - 1996), aktyor Nikolas Keyc (2002) və musiqiçi və prodüser Maykl Lokvud (2006 - 2016) ilə evlənib.

Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR
Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR
Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR
Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR
Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az