Gündəm

Talıbov 14 mərtəbəli hotelində cəmi 7 təmizlikçi işlədirmiş

Talıbov 14 mərtəbəli hotelində cəmi 7 təmizlikçi işlədirmiş

Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırıkmasının ardından onun yerli əhaliyə qarşı illər ərzində tutduğu divandan danışılır.

Demokrat.az əslən Naxçıvandan olan jurnalist Heydər Oğuzun açıqladığı dəhşət doğuran bir faktı təqdim edir:

“Naxçıvanın ən böyük mehmanxanası “Təbriz” hotelidir. Naxçıvanın yeganə 5 ulduz hoteli sayılır.

14 mərtəbəli hotelin cəmi 7 xadiməsi var. Deməli hər xadiməyə 2 mərtəbə düşür.

Di gəl ki, xadimələrə aylıq məvaciblərinin 50%-i verilir. Yəni ayda 150-180 manat”./Gununsesi.info

D
demokrat.az