Media

Rauf Arifoğlu: “Media Agentliyi təzyiq qarşısındadır”

Rauf Arifoğlu: “Media Agentliyi təzyiq qarşısındadır”

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 2 yaşı tamam olur.

MEDİA Azərbaycan Prezidentinin Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında 2021-ci il 12 yanvarında, məhz tarixin bu günündə yaradılıb. Qurumun yaradılmasında məqsəd kimi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması göstərilib.

Medianews.azda bu münasibətlə media rəhbərlərinin agentliyin iki illik fəaliyyətini dəyərləndirdilər. Onlardan agentliyin qət etdiyi 2 ili xəbər aldıq.

Rauf Arifoğlu: “Media Agentliyi təzyiq qarşısındadır”

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlubildirdi ki, iki il ərzində Media İnkişafı Agentliyi media sferasında bir dəyişiklik dövrü həyata keçirib:

“Press-Media üçün zamanında prezident tərəfindən qurulmuş fondu daha müasir göstəricilərə cavab verən Media İnkişafı Agentliyi səviyyəsinə gətirib çıxardı. Eyni zamanda Azərbaycanda ilk olaraq elektron media vahidlərinin də modelləşməsini və ədalətli seleksiyasını təmin etdi. Media İnkişafı Agentliyinin aparıcılığı sayəsində “Media haqqında” Azərbaycan Respublikasının yeni qanunu qəbul olundu. İnformasiya sektorunun qanunverici təsərrüfatı qaydaya salındı. Hərc-mərclik, tərs gələn bir sıra məqamlar, neqativlər aradan qaldırıldı. Media reyestri yaradıldı və bu da uğurla davam etməkdədir. Media reyestri Azərbaycan mediasının ən bəlalı tərəfi olan saxta vəsiqələrin və vəsiqə daşıyıcılarının, o cümlədən də, şərti adı “reket media”sı olan media qurumların əsaslarını sarsıtmaq üçün həyata keçirilir. Real media ilə saxta medianın sərhədlərini ayırmaq üçün nəzərdə tutulub. Çox gözəl bir addımdır ki, heç bir güzəştə yol verilmir. Azərbaycan media tarixində belə prinsipal struktur və prinsipal ideoloji əsaslarla çıxış edən qurum demək olar ki, olmayıb.

Media Agentliyini yaradan, ərsəyə gətirən, Azərbaycan meda mühitinin təmizlənməsini təmin edən başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla bu möhtəşəm layihənin davamını, yüksəlişini təmin edən hər kəsə təşəkkürümü bildirirəm. Bizim media mühiti və mediada islahatlar vacib olan istiqamətlər üzrə davam edəcək. Eyni zamanda Media Agentliyi təzyiq qarşısındadır. Kimlərin ki maraqlarına toxunulur, əlbəttə ki, bunlar media agentliyinin üzərinə gəlir. Təziqlərin qarşısının alınmasında, bizdə əlimizdən gələn dəstəyi verməyə hazırıq.

Media İnkişafı Agentliyi Azərbaycan mediası inkişafı üçün yaradılıb və uğurla fəaliyyət göstərməkdədir.

Media İnkişafı Agentliyini təbrik edirəm! Mediamızın davamlı, sürətli inkişafı naminə göstərdikləri fəaliyyətə görə agentliyin təmsilçilərinə uğurlar arzu edirəm”.

Rauf Arifoğlu: “Media Agentliyi təzyiq qarşısındadır”

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidbildirdi ki, Media İnkişafı Agentliyinin fəaliyyətini yüksək qiymətləndirir:

“Media haqqında” qanunun hazırlanmasında, agentliyin ekspertlərinin gərgin fəaliyyətinə şahidik. Sanballı materiallar, layihələr ortaya qoyaraq əziyyət çəkdilər. Həm ekspertlərin cəlb olunması, həm də qanunun müzakirəsi zamanı biz bunu müşahidə etdik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Medianin İnkişafı Agentliyinin yaradılması haqqında imzaladığı fərman medianın inkişafına böyük töhvə verdi.

ADA – da keçirilən tədbirlər, həm junalistlərin peşəkarlığının artırılması, həm gənc jurnalistlərə təlimlərin, seminarların keçirilməsi mühüm hadisədir. Eyni zamanda Azərbaycan dövlətinin yazılı və online mediaya dəstək istiqamətində layihələrin keçirilməsində Media Agentliyinin gördüyü işlər vacib və lazımlıdır. Mətbuatımızın inkişafı üçün vacib və mühüm məsələlərdir. Jurnalistlər arasında müsabiqənin keçirilməsi, bu peşəyə diqqət və qayğı baxımından əhəmiyyətlidir. Arzu edərdim ki, belə müsabiqələr çox olsun. Azərbaycan jurnalistərinin iqtisadi vəziyyətinin artırılması, yaxşılaşdırılması istiqamətində belə müsabiqələrin keçirilməsi vacib və önəmlidir.

Medianın İnkişafı Agentliyinin bütün üzvlərini, başda Əhməd İsmayılov olmaqla iki yaşları münasibəti ilə təbrik edirəm. Bu məsuliyyətli işdə sizə tükənməz enerji arzulayıram”.

Rauf Arifoğlu: “Media Agentliyi təzyiq qarşısındadır”

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevisə bildirdi ki, Medianın İnkişafı Agentliyinin yaradılması və inkişafı ölkəmizdə medianın mühüm tərkib hissələrindən biridir:

“Media İnkişafı Agentliyi müstəqil Azərbaycanın tarixində islahatların ən mühüm və məzmunlu mərhələsində yarandı. Aydın məsələdir ki, belə bir dönəmdə agentliyin qarşısına böyük vəzifələr qoyuldu, daha böyük səlahiyyətlər və hüquqlar tanındı. Hansı ki, bu praktikada öz nəticələrini verməyə başladı. İki il ərzində bu agentlik həqiqətən yeni bir dövrə qədər mövcud olan praktik media sahəsində və qanunvericilik müstəvisində boşluqların aradan qaldırılması yönümündə addımlar atdı. Həm də inkişafın növbəti mərhələsi üçün daha lazımi işlər gördü.

Medianın İnkişafı Agentliyinin birbaşa iştirakı və aparıcılığı ilə ölkənin media qanunvericiliyi daha da təkminləşdirildi. Müasir dünyanın ən əhatəli media normativlərini özündə əks etdirən daha sanballı qanun ərsəyə gətirildi. Hazırda biz qanunun praktik fəaliyyətinin nəticələrini görürük. Bu qanun həm media orqanlarının hüquqi statusunun fəaliyyət çərçivəsinin, həm jurnalistlərin hüquqi statusunun və səlahiyyətlərinin, həm də redaksiyaların bir redaksiya olaraq formalaşması üçün qanuni çərçivənin müəyyən olunmasında, müqayisəsiz bir gücə və təsirə malikdir. Bu qanun əvvəlki mövcud olan qanunvericilərdəki müafiq boşluqları nəinki aradan qaldırdı, eyni zamanda hətta yaxın bir neçə il üçün meydana çıxa biləcək, yeni təzahürləri artıq özündə əks elətdirmək qabiliyyətinə və gücünə malikdir. Qısa müddətdə media orqanlarının reyestri tərtib olundu. Jurnalistlərin fərdi reyestri fəaliyyətə başladı. Bütün ictimaiyyət üçün maraqlı bir formada media orqanlarının və jurnalistlərin reyestrdən keçməsi prosesi başladı və bu gün də davam etməkdədir. Əslində Media İnkişafı Agentliyinin həyata keçirdiyi bu tədbirlər, atdığı addımlar bütün media proseslərinə Azərbaycan cəmiyyətinin marağını daha da artırmaq və cəmləşdirmək nöqteyi- nəzərindən də çox maraqlıdır. Peşəkar medianın, mənafeylərinin müdafiə olunması, peşəkar medianın yalançı, ziyanlı media tendensiyalarından qorunması yönümündən də işlənmiş qanunun böyük müdafiə gücü var. Eyni zamanda media agentliyinin bu istiqamətdə atdığı addımlar xeyli dərəcədə müsbət nəticələrini verməkdədir. Media İnkişafı Agentliyinin müstəqil Azərbaycanın tarixində bu sahə ilə peşəkar məşğul olan ən sanballı media orqanı kimi özünü göstərməkdədir. Yəqin ki, Media Agentliyi fəaliyyətini Azərbaycan mediasının inkişafını daha da təkminləşdirmək nöqteyi nəzərindən daha da maraqlı etməyə çalışacaq. Həm Azərbaycan media orqanlarının, həm də jurnalistlərin ümid yeri gələcəyə yönəlmiş prespektivli inkişaf istiqamətlərindən açılması baxımından daha maraqlı fəaliyyət istiqamətləri ortaya qoyacaq.

Uğurlar arzu edirəm! Media agentliyinin rəhbərliyini ortaya qoyduğu səmərəli fəaliyyətə görə təbrik edirəm”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərbildirdi ki, iki il illərdən bəri qalaqlanan media problemlərinin fonunda o qədər də böyük müddət deyil:

“Xüsusi ilə “KİVDF”- kimi yaramaz, dələduz mətbuata gəlir kimi baxan bir qurumdan sonra yeni bir qurumun yaradılması mühüm addım idi. Çünki qarşıya qoyulan problemlər, məsuliyyət kifayət qədər idi. Bu çətinliklər əsasında iki il ərzində çox ciddi addımlar atıldığının şahidik. Prosesin həm də iştirakçısıyıq. Hesab edirəm ki, Media İnkişafı Agentliyi adına uyğun şəkildə fəaliyyətini davam etdirməkdədir. Bu iki ildə biz bunun açıq şəkildə şahidi olmaqdayıq. Sıravi jurnalistlərin hüquqları ilə bağlı atılan addımlar, media haqqında qanunun qəbul olunması, media reyestri və onlayn mediaya dəstək məsələləri Media İnkişafı Agentliyinin aktivləri arasındadır. Ölkədə xəbər istehsalında atılan addımları dəstəkləyirik. İki ildir durmadan fəaliyyət göstərən quruma uğurlar arzu edirəm. Hesab edirəm ki, bu templə davam edərsə, Media İnkişafı Agentliyi on illərdən qalan problemlərin həllinə müvəffəq olacaqdır”.

Rauf Arifoğlu: “Media Agentliyi təzyiq qarşısındadır”

Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərliqeyd etdi ki, son illər Azərbaycanda hər sahədə islahatlar aparılır:

“Cəmiyyətin güzgüsü olan media da bu islahatlardan kənar qala bilməz və 2 il öncə Medianın İnkişafı Agentliyinin yaranması bu islahatların əsas lokomotivi oldu. Birmənalı şəkildə demək olar ki, agentlik 2 il ərzində mətbuatımız, jurnalistlərimiz üçün çox böyük işlər görüb. Agentliyin həyata keçirdiyi layihələr, media savadlığının artırılması istiqamətində görülən işlər, xaricdən peşəkar jurnalistlərin dəvət olunması, bölgələrdə region mətbuatının inkişafı istiqamətində görülən işlər və onlayn media subyektlərinə də maliyyə yardımının ayrılması bu islahatların bir parçasıdır. Bilirsiniz ki, son illərə qədər yalnız qəzetlərə maliyyə yardımı ayrılırdı. Cəmiyyətin nəbzini döydürən xəbər saytlarına, media subyektlərinə maliyyə yardımı ayrılmırdı. Media İnkişafı Agentliyi yarandığı ilk gündən bu istiqamətdə işlər apardı və onlayn media subyektlərinə də dövlət dəstəyinin verilməsiylə bağlı yardım edilməsiylə bağlı layihə həyata keçirdi. Bu layihə də xəbər saytlarının, media subyektlərinin daha da peşəkarlaşmasına, fəaliyyətlərinin daha dürüst, şəffaf qurulmasına böyük yardımçı oldu. Artıq zaman göstərir ki, onlayn media subyektlərinə maliyyə yardımı Azərbaycan mətbuatının peşəkarlaşması istiqamətində aparılan islahatların davamıdır.

2 il qısa müddət olsa da, görülən işlər onu deməyə əsəs verir ki, MEDİA mətbuatımızın şəffaflaşmasında maraqlıdır, bu istiqamətdə işləri davam etdirir.

Medianın təlimlərinə təkcə baş redaktorların yox, jurnalistərin də cəlb edilməsi çox önəmlidir. Biz əvvəlki zamanlarda görürdük ki, tədbirlərə, təlimlərə yalnız eyni adamlar dəvət olunur, sanki özləri üçün yeni bir media dairəsi yaradılmışdı, ancaq MEDİA bu stereotipi qırdı, demək olar ki, bütün media subyektlərinin nümayəndələrə tədbirlərə, təlimlərə, səfərə dəvət edildi. Bütün bunların nəticəsi kimi MEDİA hər bir jurnalist üçün doğma ünvana çevrildi.

Bir daha həmkarlarımızı təbrik edirəm, yenu uğurlar arzu edirəm”.

NE
Nihadə Eyyubova