Avropanın əsas komissarlarından ibarət nümayəndə heyəti bu ilin fevralında paytaxt Kiyevə gələcək.
Demokrat.az-ın UNIAN nəşrinə istinadən xəbərinə görə, nümayəndə heyətinə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəhbərlik edəcək.
Məlumata görə, Avropa İttifaqı Qərb tərəfdaşlarının dəstəyini bir daha nümayiş etdirmək üçün Ukrayna tərəfi ilə ən yüksək səviyyədə məsləhətləşmələr keçirəcək.
Avropa Komissiyasının prezidenti "Politico" nəşrinə bildirib ki, Kiyevdə hökumətlə məsləhətçi qrup üzvlərinin görüşü fevralın əvvəlində baş tutacaq.
Onun sözlərinə görə, Kiyevdə məsləhətləşmələrin keçirilməsi ideyasını ətraf mühit üzrə komissarı Virginiyus Sinkeviçyus irəli sürüb. Qeyd olunub ki, Kiyevə ticarətdən tutmuş rəqəmsal siyasətə qədər 15-dək komissarın gəlişi planlaşdırılır.
Zamiq Demokrat.az


