Hadisə

Abşeronda yaşayış binasında güclü yanğın: Zəhərlənən var — YENİLƏNİB (FOTO/VİDEO)

Abşeronda yaşayış binasında güclü yanğın: Zəhərlənən var — YENİLƏNİB (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750 kvadratmetr olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230 kvadratmetr sahədə, ümumi sahəsi 830 kvadratmetr olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600 kvadratmetr sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

13:17

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

11:15

Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Abşeronda yaşayış binasında güclü yanğın: Zəhərlənən var — YENİLƏNİB (FOTO/VİDEO)

D
demokrat.az