Məşhur türk aktrisası Sinem Kobalın yeni fotosu gündəm olub.
Demokrat.az xəbər verir ki, 2022-ci ilin mayında ikinci dəfə ana olan aktrisa "Instagram"dan yeni foto paylaşıb. Qısa vaxtda xeyli bəyənmə toplayan fotoya izləyiciləri xeyli sayda şərh yazıb. İllər keçməsinə baxmayaraq, gözəlliyindən heç nə itirməyən 35 yaşlı aktrisanin fotosuna "heç dəyişmir", "hələ də əvvəlki kimi gözəldir", "illərə meydan oxuyur" kimi sözlər yazılıb.
"Selena" adlı serialla şöhrət qazanan S.Kobalın doğuşdan sonra xeyli arıqladığı da pərəstişkarlarının gözündən qaçmayıb.
Qeyd edək ki, aktirisa 2016-ci ildə həmkarı Kenan İmirzalıoğlu ilə ailə qurub. Məşhur cütlüyün bu izdivacdan Lalin və Leyla adlı iki qız övladı var.







