Dünya Özəl

Oman Sultanı 121 məhbusu əfv etdi

Oman Sultanı 121 məhbusu əfv etdi

Oman Sultanı Heysəm bin Tariq 121 məhbusu əfv etdiyini açıqlayıb.

Demokrat.az-ın "Mehr" Agentliyinə istinadən xəbərinə görə, Heysəm bin Tariq taxta çıxmasının üçüncü ildönümündə 121 məhkuma amnistiya elan edib.

Oman Sultanı 2020-ci il yanvarın 11-də Sultan Kabus bin Səidin ölümündən sonra vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Oman Sultanı Kabus bin Səid uzun sürən xəstəlikdən sonra 2020-ci il yanvarın 10-da 79 yaşında dünyasını dəyişmişdi. Onun övladları olmadığı üçün əmisi oğlu, ölkənin mədəniyyət naziri Heysəm bin Tariq taxta çıxmışdı

Zamiq Demokrat.az

D
demokrat.az