Hadisə

Birlikdə ova getdiyi dostunu ehtiyatsızlıqdan güllələdi

Birlikdə ova getdiyi dostunu ehtiyatsızlıqdan güllələdi

Biləsuvarda ova gedən şəxslərdən biri digərini ehtiyatsızlıqdan güllələyib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Şəhriyar qalası kimi tanınan tarixi ərazidə baş verib. Belə ki, ova gedən şəxslərdən biri ehtiyatsızlıqdan əlindəki tüfənglə atəş açıb.

Tüfəngin seçmələri onunla birlikdə ova gedən tanışına dəyib. Sonuncu hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17 radələrində 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova