Hadisə

Yanğın zamanı "Sədərək"dən oğurluq edənlər tutuldu — FOTO

Yanğın zamanı Sədərəkdən oğurluq edənlər tutuldu — FOTO

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yalan məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

Yanğın zamanı Sədərəkdən oğurluq edənlər tutuldu — FOTO
Yanğın zamanı Sədərəkdən oğurluq edənlər tutuldu — FOTO

D
demokrat.az