Minimum aylıq əməkhaqqının və minimum pensiyanın artırılması əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılmış daha bir müsbət addım oldu.
Həmin qərar 1 yanvar 2023-cü il tarixindən etibarən minimum aylıq əməkhaqqının və əmək pensiyasının müvafiq olaraq 345 və 280 manata qədər artırılmasını ehtiva edir.
Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixində imzaladığıƏhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqındaSərəncamını yeni ilin ilk xoş xəbəri də adlandırmaq olar.
Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:


