Gündəm Özəl

Rusiya sülhməramlıları beynəlxalq missiya ilə əvəz olunur? — AÇIQLAMA

Rusiya sülhməramlıları beynəlxalq missiya ilə əvəz olunur? — AÇIQLAMA

Fransa son vaxtlar Qarabağ məsələsi ilə bağlı aktivliyini artırmaq niyyətindədir. Artıq Fransa indidən çalışır ki, 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının vaxtı bitəndən sonra onları əvəz etsin. Yəni, həmin sülhməramlıların yerini fransızlar tutsun. Bunu Ermənistan da istəyir. Hadisələr hansı ssenari ilə davam edə bilər.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, siyasi şərhçi Samir Hümbətov bu məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandırıb.Politoloqun sözlərinə görə, rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəz olunması real deyil. O, bildirib ki, rus sülhməramlılarının heç özlərinin bugünədək fəaliyyəti üçün Azərbaycan tərəfi mandat verməyib:

Rusiya sülhməramlıları beynəlxalq missiya ilə əvəz olunur? — AÇIQLAMA
“Əslində, Azərbaycan tərəfi onlara mandat verməlidir və çünki torpaqlar Azərbaycan əraziləridir. Beynəlxalq hüquqda bu, belə təsbit olunub. Azərbaycan rus hərbçilərinə sülhməramlı mandatını verməyib. Bəzən rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəz olunmasına dair Paşinyanın dilindən, hətta digər erməni rəsmiləri tərəfindən bu cür fikirlər eşidirik. Ancaq Fransanın təhriki ilə bu cür açıqlamaların şahidi oluruq. Əslində, Azərbaycan tərəfi Rusiyanın sülhməramlı kontingentinə mandat verməyibsə, bunu nəinki Rusiya digər ölkələrə də vermək niyyətində deyil. Azərbaycan tərəfi 10 noyabr üçtərəfli bəyannamədə rus hərbçilərinin Qarabağ bölgəsində qəti qalma müddətini göstərib. Beş ilin tamamında hərbçilər həmin ərazidən çıxarılmalıdır və çıxarılacaq da. Burada artıq Azərbaycanın bunu digər bir beynəlxalq missiyaya verilməsini qəbul etməyəcək. Çünki Azərbaycan zatən bölgədə olan missiyanın çıxarılmasını belə istəyirsə, deməli orada başqa qüvvənin gətirilməsi heç də razı deyil. Belə bir vəziyyətdə Fransanın və digər güclərin təhriki ilə Ermənistanın bu cür fikir səsləndirməsinin heç bir əsası yoxdur. Rusiya tərəfindən Mariya Zaxarova da açıqlama verdi, hətta bildirildi ki, bu Azərbaycanın hüququdur. Açıq şəkildə Rusiya tərəfi təsdiq etdi ki, Azərbaycan ərazisi olduğu üçün Azərbaycan buna icazə verməlidir. Azərbaycan isə Rusiya hərbçilərinin çıxarılmasını istəyir. O baxımdan düşünürəm ki, belə fikirlər səsləndirilməsinin həm hüquqi, həm də siyasi əsası yoxdur. Ermənilər də, digər güclər də öz fikirlərini səsləndirə bilər. Ancaq qərarı Azərbaycan verir. O baxımdan da belə bir nəticənin olacağını real hesab etmirəm. Təbii ki, 5 ilin tamamında rus hərbçilərinin çıxarılması üçün Azərbaycan tərəfi təqdimatını göndərəcək və qısa müddət ərzində Rusiyanın buradan çıxarılması təmin olunacaq. Hesab edirəm ki, bura hər hansı sülhməramlının gətirilməsinə ehtiyac yoxdur”.

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova