Gündəm Özəl

“Ermənilərin vaxtilə ataları-babaları da separatçılıqla məşğul olub” — Partiya sədri

“Ermənilərin vaxtilə ataları-babaları da separatçılıqla məşğul olub” — Partiya sədri

“Xankəndi-Şuşa yolunda bizim ekofəalların aksiyası hələ də davam edir. Bu aksiyanın haqlı olduğunu hesab edirəm. Çünki uzunmüddətdir ki, orada Azərbaycanın var-dövlətini qanunsuz olaraq sümürüb aparırdılar. Hesab edirəm ki, biz artıq həmin ərazilərimizdə öz müvafiq dövlət orqanlarımızı yerləşdirməliyik və indiki halda, faktiki olaraq yola biz nəzarət edirik. Ona görə də, düşünürəm ki, növbəti mərhələdə rəsmi surətdə postlar qoyulmalı və Azərbaycan öz ərazisinə özü nəzarət etməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Partiya sədri əlavə edib ki, ermənilər bugünədək öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyiblər:

“Onlar 10 noyabr bəyannaməsinə, Zəngəzur dəhlizinin açılmasıyla bağlı öhdəliklərə əməl etmirlər. Ona görə də, hesab edirəm ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atmalıdır. Həmin ərazilərə Azərbaycan özü nəzarət etməlidir. Biz diqtə edən tərəfik, şərt qəbul edən tərəf deyilik! Ona görə də, ekofəalların hərəkətlərini düzgün qiymətləndirirəm. Onlara hər cür dəstək vermək lazımdır və rəsmi dövlət orqanlarımız orada yerləşdirilməlidir”. Partiya sədri Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edib-etməməsi məsələsinə də toxunub: “Orada yaşayan adi adamlar bizim vətəndaşlığımızı qəbul edib, yaşamaq istəyir. Ancaq separatçılar və erməni terrorçuları bunu istəmir. Çünki onların elə ataları-babaları da separatçılıqla məşğul olub. Hər kəs bilir ki, o ərazilər hüquqi baxımdan Azərbaycan ərazisidir. Kim istəsə, Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilər, istəməyən də, rədd olub artıq çıxıb getməlidir. Ona görə də, bizim mövqeyimiz kəskin olmalıdır. Orada olan ermənilərə heç bir güzəşt olmayacaq. Onlar həmin ərazilərdə Azərbaycan qanunları əleyhinə açıq fəaliyyət göstərə bilməzlər. Düşünürəm ki, yaxın müddətdə antiterror əməliyyatları keçiriləcək və xeyli suallara aydınlıq gətiriləcək”.

Aynurə

NE
Nihadə Eyyubova