Hadisə

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı, yaralananlar var

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı, yaralananlar var

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

NE
Nihadə Eyyubova