Sosial

FHN-dən Gəncədəki yanğınla bağlı AÇIQLAMA

FHN-dən Gəncədəki yanğınla bağlı AÇIQLAMA

FHN Gəncədə yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

"Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

NE
Nihadə Eyyubova