Gündəm

Dovşan ilində bizi nə gözləyir?

Dovşan ilində bizi nə gözləyir?

Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası - sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq.

"Kaspi"qəzeti qarşıdakı dovşan iliylə bağlı maraqlı faktlar təqdim edib:

Üzümüzə gələn 2023-cü il Şərq təqviminə görə dovşan ilidir. Şərq inancına görə, dovşan ili ən uğurlu ildir. Bu il isə elə-belə dovşan yox, qara su dovşanı ilidir. Qara su dovşanı sülhsevər, xoşməramlı, sevgi dolu canlıdır. Bu il də hər birimiz üçün məhz bu ruhda hadisələr vəd edir. Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası - sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq.

Sevgi hamisinin eşq vədləri

Qara su dovşanı ili altmış ildə bir olur. Son illərdə 1903, 1963-cü illərə təsadüf edib. İllərdə olan “3” rəqəmi isə dovşanın rənginə, yəni qaraya işarə edir. Dünya astroloqları bu ilin ümumən sakit, harmoniya içində keçəcəyini bildirirlər. Bu il həm də inkişaf, kəşflər, yeniliklər ili olmalıdır. Dovşan sevgi və romantik hisslər hamisidir. Ona görə də bu ilə sevgi ili də demək olar. Astroloji vədlərə görə, sevgilisi olmayanlar belə bu il mütləq yarlarını tapacaq, böyük eşq yaşayacaqlar. Bu il yaranan münasibətlər daha möhkəm, daha uğurlu olacaq. Bu il bədxərc olmamaq tövsiyə edilir

Maliyyə cəhətdən isə il hamı üçün eyni cür keçməyəcək. Burda bir qədər diqqətli olmaq lazımdır. Ümumən uğurlu olan il əslində hər kəsə gözəl qapılar açmaq üçün şans açarı təqdim edəcək. Amma o açarı ağılla qapının kilidinə salıb açmaq hamıya qismət olmayacaq. Yəni dovşan ilində çox diqqətli olmaq lazımdır ki, bizə ayrılan uğuru bəxtimizdən çıxarmayaq. Bir də mütləq xərclərə diqqət etmək lazımdır. Dovşan israfçılığı, artıq xərcləri sevmir. Amma heç simicliyi də xoşlamır. Bu il üçün ən yaxşı yatırım təhsilə, yeni biliklərədir. Bu yolda addım atan hər bir zodiak bürcünün nümayəndəsinə dovşan ili böyük uğurlar söz verir.

Kiçik hədiyyələr, böyük ümidlər

Bəs bu şirin, yumşaq, sevimli dovşan ilini harada və necə qarşılayaq? Yaxşı olardı ki, ili hamı öz evində, ailəsi ilə birlikdə qarşılasın. Çünki dovşan ailə, ev mühitinə üstünlük verir. Qohumları, yaxınları da bayram günlərində yad etməyi unutmayaq. Kiçik hədiyyələr də olsa doğmalarımızı sevindirək. Unutmayaq ki, əsas olan diqqətdir. Gəlin yeni ildə bir-birimizi sevindirək, xoş sözlər deyək, mehriban olaq. Bunu adət halına salaq.

İsti evdə rahatlıq tapan dovşan

Bəs Yeni ili qarşılayanda nə geyinsək yaxşı olar? Bayaq da qeyd etdiyim kimi dovşan rahatlığı və ev mühitini sevir. Elə buna görə də özünüzü rahat hiss etdiyiniz, artıq öyrəşdiyiniz istənilən geyiminizi geyinə bilərsiniz. Amma məsələyə rəng baxımından yanaşsaq, bənövşəyi rəngin çalarlarını seçmək daha çox məsləhət görülür. Şərqdə bilirik ki, yeni ilin gəlişi hər dəfə eyni günə düşmür. Yəni təqvimlə dekabrın 31-də təhvil verilən il, əslində, hələ yanvarın 21-dən 22-nə keçən gecə dovşan ilinə qədəm qoyacaq. O vaxtacan isə mavi pələng Yer üzündə üzümüzə gələn on iki il üçün son addımlarını atacaq. Pələng sağ-salamat pəncələrini ilimizdən çəkib getsin. Dovşan da ömrümüzə bütün gözəllikləri gətirsin.

NE
Nihadə Eyyubova