Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 82 yaşında dünyasını dəyişən Braziliya futbolunun əfsanəsi Peleyə başsağlığı verib.
Demokrat.az-ın xəbərinə görə, dövlət başçısı braziliyalı əfsanə Pele üçün qeydlər yazıb.
Ərdoğanın portuqalca mesajında aşağıdakı ifadələr yer alıb:
“Dünya futbolunun ən böyük adlarından biri olan Pelenin ölümü məni çox kədərləndirdi.Onun əfsanəsi olduğu Braziliya xalqının bu böyük ağrısını paylaşır, ailəsinə, azarkeşlərinə və bütün idmançılara başsağlığı veririk”. 
Zamiq Demokrat.az


