“Azərbaycan Respublikasının İsrail dövlətinə ilk səfir təyin olunması ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin daha üst səviyyəyə qaldırılması deməkdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 
“İsrail hərtərəfli inkişaf etmiş, qabaqcıl elmə, təhsilə, informasiya texnologiyalarına, müdafiə sənayesi kompleksinə, təhlükəsizlik sisteminə malik dövlətdir. Kənd təsərrüfatının inkişafı baxımından məhdud münbit torpaqlara, mürəkkəb coğrafi və iqlim şəraitinə baxmayaraq, ildə bir neçə dəfə məhsul əldə olunur. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində özünəməxsus güclü mövqeyi ilə seçilən İsrail kimi dövlətlə dostluq münasibətlərinin qurulması olduqca vacibdir. Ona görə də, Prezident İlham Əliyevin apardığı çoxvektorlu xarici siyasət kursu özünü tamamilə doğurur və ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən artırır. Yeni təyin olunmuş səfirə uğurlar arzulayıram”.
Aynurə Demokrat.az


