Dünya Özəl

"Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq"— Borell

Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq— Borell

"Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək"

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borellvurğulayıb.

Avropa İttifaqı dekabrın 29-da Rusiyanın Ukraynaya növbəti raket hücumuna reaksiya verərək, Rusiya Federasiyasının hərbi cinayətlərinincəzasız qalmayacağını bildirib.

Josep BorrellTwitter-də yazıb ki, Aİ -nin Ukraynaya dəstəyi gələcəkdə heç bir güzəşt olmadan davam edəcək .

"Rusiyanın Ukraynaya növbəti mənasız kütləvi raket hücumu, infrastrukturu və tibb müəssisələrini qəsdən məhv etməyə yönəldilib", - o vurğulayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, dekabrın 29-da səhər saatlarında rus ordusu strateji aviasiya və gəmilərdən havadan və dənizdən qanadlı raketlərlə müxtəlif istiqamətlərdən Ukraynaya hücum ediblər.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova