Dövlət Gömrük Komitəsinindaha bir generalı işdən çıxarılıb.
“Unikal”ınəldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovmüvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.


