Hadisə

Polis maşını ilə “Mercedes” toqquşdu — Ağır yaralılar var (FOTOLAR)

Polis maşını ilə “Mercedes” toqquşdu — Ağır yaralılar var (FOTOLAR)

Bərdədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə zamanı yol patrul xidmətinin avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfərin ağır xəsarət aldığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Əlavə məlumat veriləcək.

*** Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdədə Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub:

"Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır".

Polis maşını ilə “Mercedes” toqquşdu — Ağır yaralılar var (FOTOLAR)
Polis maşını ilə “Mercedes” toqquşdu — Ağır yaralılar var (FOTOLAR)

D
demokrat.az