Ukrayna Prezident Volodimir Zelenski Rusiya vətəndaşlarına səslənib.
Demokrat.az-ın "Ukrainskaya pravda"ya istinadən xəbərinə görə, Ukraynaya qarşı təcavüzün 303-cü günündə Zelenskirus dilində Rusiya vətəndaşlarına öz xəbərdarlıq müraciətini çatdırıb.
O, bildirib ki, işğalçıların terroru cavabsız qalmayacaq:
"Rusiya vətəndaşları aydın başa düşməlidirlər ki, terror heç vaxt cavabsız qalmır".
Qeyd edək ki, dekabrın 23-də Zelenski Ali Baş Komandanın qərargahında da olub və burada Ukrayna Silahlı Qüvvələrinin komandirlərini dinləyib.Onun sözlərinə görə, müdafiəçilər cəbhədə terrorçu bir dövlətin hərəkətlərinə qarşı müxtəlif variantlara hazırlaşırlar”
Zamiq Demokrat.az


