"Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşündə deyib.
O bildirib: “Səmərəli müzakirələr aparacağıq. Dövlətlərimiz arasında münasibətlərin qurulmasının yubiley ilinə yekun vurmaq və 2023-cü ilin əvvəli ilə bağlı məsələləri müzakirə etmək imkanımız olacaq".
C.Bayramovun sözlərinə görə, görüşün keçirilməsi haqqında razılıq dekabrın əvvəlində əldə olunub.
Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.


