İdman

UEFA "Fənərbağça"nı cəzalandıracaq

UEFA Fənərbağçanı cəzalandıracaq

"Fənərbağça" klubu UEFA tərəfindən cəzalandırılacaq.

Qurum rəsmi saytı vasitəsilə Türkiyə klubunun şərtlərə əməl etmədiyini açıqlayıb.

Məsələ burasındadı ki, İstanbul nəhəngi 2016-cı ildə UEFA ilə imzaladığı Maliyyə Feyr-Pley anlaşması sonrası 2018-19 mövsümü üçün "başabaş büdcə" tələblərini yerinə yetirməyib. Bu üzdən İstanbul nəhəngini cəza gözləyir. UEFA bununla bağlı qərarını qarşıdakı həftələrdə açıqlayacaq.

Türkiyə çempionu "Qalatasaray" isə qurumla olan sözləşməsinə əməl edib. (Matc.az)

D
demokrat.az