Siyasət

Bu sənəd uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır - Deputat

Bu sənəd uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır - Deputat

Artıq dünya ölkələri yaşıl iqtisadiyyata keçid mərhələsindədir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi dünya bazarında çox güclü dəyişiklikləri şərtləndirdi.

Dövlətlər dağılmış köhnə iqtisadi münasibətləri yeni tərəfdaşlarla modern dövrün tələblərinə uyğun olaraq qurur. Bu tərəfdaşlardan biri də Azərbaycan oldu. Rusiyanın beynəlxalq tərəfdaşlarına olan təhdidi yeni münasibətləri yaratdı.

Azərbaycanın uzaqgörən xarici siyasəti və əlverişli starteji mövqeyi, həmçinin təbii resursları dövlətimizi Avropada arzu olunan tərəfdaşa çevirdi. Təbii ki, əlverişli mövqe və malik olduğu təbii sərvətlər ağıllıcasına qurulmuş xarici əlaqələr olmayınca bir heçə çevrilir. Bu gün əgər Azərbaycan dünyada iqtisadi əlaqələrin qurulmasında iştirakçı kimi çıxış edirsə bu cənab prezident İlham Əliyevin məharətidir.

2021-2027-ci illərdə dünyada yeni infrastruktur lahiyələrinin reallaşması nəzərdə tutulur ki, dövlətimiz məhz bu aparıcı lahiyələrin əsas tərəfdaşalarındandır.

Bunlardan biri də dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan rəhbərlərinin və Avropa İttifaqı komissarlarının iştirakı ilə Qaradənizin dibindən elektrik enerjisi və rəqəmsal rabitə kabelinin çəkilməsi haqqında imzalanan memorandumdur. Layihə Azərbaycanda istehsal olunacaq "yaşıl enerji"nin elektrik xətti ilə Gürcüstana, oradan Rumıniyaya, ardınca isə Macarıstana ixrac etməsini nəzərdə tutur.

Bu sənəd təkcə elektrik enerjisi sahəsində əməkdaşlığı deyil, həmçinin qeyd olunan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Prezidentlər açıqlamasında növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə aldıqlarını da qeyd ediblər. Bununla da Azərbaycan bu ölkələrlə yanaşı Mərkəzi Asiya ilə də iqtisadi bağlılığını artıracaq. Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və müttəfiq ölkələrdə təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək.

Ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin idxalı üçün bir neçə qlobal şirkətlə anlaşma sənədləri imzalanıb.

Müşfiq Cəfərov Milli Məclisin deputatı

Bu sənəd uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır - Deputat

D
demokrat.az