"Naxçıvandan bilavasitə qısa yolla əlaqələrimiz hələ də bərpa olunmayıb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, əlaqələrin bərpası üçtərəfli bəyanatda da öz əksini tapıb: "Mən vaxtilə Kanadada səfir olanda da, ermənilərin Xocalıda aeroport açmaq niyyəti var idi. Ermənilər bu istiqamətdə ciddi işlər görürdülər və mən də o məsələ ilə məşğul olmuşdum. Birmənalı olaraq, Xocalı aeroportu Azərbaycana məxsusdur. Ümumiyyətlə, beynəlxalq sivil aviasiya təşkilatı bütün BMT-nin qərarlarına hörmətlə yanaşır. Bu təşkilat BMT-nin xüsusi agentliyidir. Ona görə də, BMT-nin bütün qərarları onlar üçün hüquqi bir sənəddir. Xocalı aeroportunun açılması yalnız Azərbaycanın razılığı ilə həyata keçirilə bilər. Ona görə bu məsələdə inanmıram ki, separatçılar istifadə etsinlər. Burada təkcə aeroportdan getmir.Qarabağ üzərində olan hava məkanı da Azərbaycana məxsusdur. Bu hava məkanı hələ də müəyyən dərəcədə məhduddur və Azərbaycanın icazəsi olmadan bu məkan istifadə oluna bilməz".