ABŞ-da iki sevgili 90 metr hündürlükdən yıxılsa da sağ qalmağı bacarıblar.
Demokrat.az xəbər verir ki, Kloe Filds və sevgilisi Kristian Zelada 90 metr hündürlükdən yıxılıb. Ancaq inanılmaz şəkildə sağ qalmağı bacaran bu iki nəfərin sosial şəbəkədə
“Gülümsə, biz yaşayırıq” paylaşımı izləyicilərə duyğulu anlar yaşadıb:
Kloe və sevgilisi dağ silsiləsi ilə maşın sürərkən idarəetməni itirib. Cütlük, israrla səs siqnalı verərək arxalarında başqa bir avtomobilə yer açmaq üçün kənara çəkilməyə çalışıb və bu zaman uçurumdan düşüb.
Maşın 90 metr uçurumdan aşağı yuvarlandıqdan sonra kanyona çırpılıb. Tərs çevrilən avtomobilə çox ziyan dəysə də, cütlük sağ qalıb. Cütlüyü təsirləndirən isə Klonun sınmış telefonunun ekranındakı mesaj olub.
Belə ki, Klo sınmış telefonunu açmağa çalışarkən ekranda sürpriz mesaj peyda olub. Onların kabusunu dəyişdirən bu mesaj "Apple"in toqquşma aşkarlama xüsusiyyətinin bir hissəsi idi. Yol-nəqliyyat hadisəsini aşkarlayan telefon təcili xidmətlə əlaqə saxlayıb. Telefon əhatə dairəsindən kənarda olsa belə, təcili yardım xidməti ilə əlaqə saxlamağa imkan verən proqram cütlüyə yer məlumatları və statuslarını səlahiyyətlilərə bildirməyə kömək edib. Yarım saatdan sonra xilasediciləri daşıyan helikopter gəlib və cütlüyü xilas edib.
Los-Anceles Təhlükəsizlik Xidməti cütlüyün xilas edildiyi görüntüləri yayıb. Sosial mediada diqqət çəkən görüntülərdə cütlüyün kanyondan çıxarılaraq helikopterə aparıldığı, axtarış-xilasetmə qruplarından birinin gənclərə “gülümsəyin, sağsınız” deyə səsləndiyi anları əks etdirir.
Jalə Demokrat.az


