"Geosiyasi gərginlik dünya iqtisadiyyatına mənfi təsir göstərir və qiymətlər artır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
Ekspertin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bitsə də, amma onun nəticələri bitməyəcək və bir neçə il də davam edəcək:
"Bu baxımdan təəssüf ki qiymət artımı davam edəcək. Yaxşı olardı ki, bizdə daxili inflyasiya səbəbləri olmasın və bu da ilk növbədə Tarif Şurasının verdiyi qərarlardan asılıdır. Əlbəttə ki, nəyinsə qiymətini qaldıranda vətənimizə gələn mallar üzrə təbii ki, avtomatik digər iş xidmət malların da qiyməti Azərbaycanda qalxır. Buna görə də, qarşıdakl il çox asan illərdən olmayacaq və Mərkəzi Bankın da qarşısında inflyasiyanın qarşısını almaq kimi böyük bir vəzifə durur".
Aynurə Demokrat.az


