İdman

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib — FOTO

18 dekabr 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, kikboksinq idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş kadetlər , yeniyetmələr , gənclər və kişilər arasında kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.Açıq rayon birinciliyində Salyan , Neftçala , Şirvan , Hacıqabul , Biləcəri , İnam , Qələbə , Orion , Füzan , Osman , Kobra komandalarının idmançıları iştirak edirdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bu mənada dövlət başçımız cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqındakı tarixi Sərəncamı böyük əhəmiyyətə malikdir.Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində daima idmanın inkişafına və idmançılara qayğı göstərmişdir.

Sonra Salyan Kikboksinq idman klubunun direktoru , kikboksinq idman növü üzrə məşqçi-müəllim Rahil İsgəndərov və digərləri çıxış edərək bildirdilər ki, Ümummilli Lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi.Ulu Öndərin milli maraqlara əsaslanan inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. Şübhəsiz, idman da diqqət mərkəzindədir və əldə edilən qələbələrin sayı getdikcə artır.

Sonra açıq rayon birinciliyinə start verildi.Maraqlı idman mübarizəsi şəraitində keçən açıq rayon birinciliyinin yekununda komanda hesabında I yeri Salyan , II yeri Neftçala , III yeri isə Biləcəri komandaları qazanmışdır. Sonda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olunmuşdur

D
demokrat.az