Məşhur türk müğənnisi Gökhan Özen infarkt keçirdib .
Demokrat. az xəbər verir ki bu haqda sənətçi özü məlumat verib .
Dünən gecə saatlarında özünü narahat hiss edən 42 yaşlı müğənni Los-Ancelesdəki xəstəxanaya qaldırılıb .
Bir müddət həkim nəzarətində olan Gökhan Özen müayinədən sonra evə buraxılıb .
Uzun müddətdir ki Los -Ancelesdə yaşayan sənətçi sağlamlığı üçün stresdən uzaq və sakit bir həyat sürməyi planlaşdırdığını deyib .
Qeyd edək ki, Türkiyəni səssiz-sədası tərk edən Gökan Özən artıq 7 ildir ki, Los-Angelesdə yaşayır. Arada bir qızlarını görmək üçün Türkiyəyə gəlib-gedir. 



