Sosial

Şəhid Anası: “Xankəndidə erməni ilə qonşu olmaq istəyirəm” — VİDEO

Şəhid Anası: “Xankəndidə erməni ilə qonşu olmaq istəyirəm” — VİDEO

“Bunu hələ iki il əvvəl demişdim: Mən Xankəndidə yaşamaq istəyirəm”. Bu sözləri Vətən müharibəmizin şəhidi Xalid Hassanın anası Maya Quliyeva Xankəndi yolunda keçirilən mitinq zamanı verdiyi müsahibədə deyib.

O bildirib ki, həmçinin birinci Qarabağ müharibəsinin veteranı olan anası, döyüşçü Şamama Quliyevanın da arzusu Xankəndidə yaşamaqdır.

- Hətta bilsəm ki, mənim oğlum Xankəndidə yaşayan qonşumun atdığı güllədən, yaxud mərmidən şəhid olub, mən yenə də onunla qonşu olaraq yaşamağa hazıram! – Şəhid Anası deyib.

Qeyd edək ki, Maya xanım Xankəndi yolunda keçirilən etirazlara könüllü şəkildə qatılıb.

AzVision.az
D
demokrat.az