"Zaurla Günaydın" aktyor Allahverdi Yolçuyevin evində qonaq olub.
Axşam.az xəbər verir ki, aktyor həyat yoldaşı və qızları ilə kamera qarşısına keçib. A.Yolçuyev bildirib ki, beş nəvəsi var:
"İki qızım ailəlidir, ikisi isə subaydır. Qayınanamgil bizə maddi yardım edir. Həm də nəvələrim çalışır".
Parkinson xəstəliyindən əziyyət çəkən aktyor müalicə aldığını bildirib.


