“İran molla rejimi ağlını itirib. İnsanları edam etməklə, onların etirazının qarşısını almaq olmayacaq. Hər bir edam olunanın arxasında minlərlə insan durur. Əksinə, tarixdə də dəfələrlə sübut olunub ki, insanlara qarşı vəhşilik artdıqca, insanların hakimiyyətdən narazılığı inqilaba çevrilib. Artıq İranda inqilab başlayıb və tezliklə bunun başa çatacağına da inanıram”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. Politoloq vurğulayıb ki, artıq Avropa İttifaqı İranın vəzifəlilərinə sansksiya tətbiq edib: “İran dövlət məmurlarının sifətindən şeytanlıq yağır və islam dövlətində bir nurlu adam tapılmır. Bu cəza verənlərin hamısına baxın, elə-bil iblis donuna giriblər. Həqiqətən də, bu insanlar da insana yaraşan bir sifət görmürəm. Edam olunan azərbaycanlıları gəlincə isə təbii ki, etniklərin sayı daha çoxdur. Deməzdim ki, tək azərbaycanlıları asırlar, asılanlar arasında kürdlər, farslar, qaşqaylar da var. Azərbaycanlılarıın sayı ona görə çox görünür ki, əhalinin 40 faizindən çoxu türklərdir. Bu mənada çox olduğumuza görə edam olunanların sayı artdıqca orada türklər üstünlük təşkil edəcək. Bu, türklərin faiz etibarilə üstünlük təşkil etməsiylə bağlıdır. Bütün hallarda, İranın tutduğu yol nə haqq, nə də ədalət yoludur. Baxın, adamları asırlar ki, sən Allaha qarşı çıxırsan. Bunlar gör nə qədər ağılsız insanlardır. İran Allah demək deyil! Nolsun ki, bunlar bayrağın üstünə allah adını yazıblar. Bunlar görün nə qədər ağıllarını itiriblər ki, özlərini Allah hesab edirlər. Burada hansı inam, hansı Quran var?! Bu, birmənalı şəkildə islam dinini məhv etmək üçün düşünülmüş, Qərbin hazırladığı ssenaridir. Müəyyən qüvvələrin hazırladığı ssenarini bunlar islam pərdəsi adı altında həyata keçirməyə çalışırlar. Onları başa düşənləri də öldürməklə, asmaqla aradan götürmək istəyirlər. İranda yaşayan bütün millətlərin səbir kasası artıq dolub. İnanıram ki, İranda aprelədək yeni inqilab olacaq və hakimiyyət dəyişəcək”.