Fransa millisi Dünya çempionatının finalına vəsiqə qazanıb.
Demokrat.az-ın xəbərinə görə, son dünya çempionu Mərakeş üzərində 2:0 hesablı qələbə ilə həlledici matçda oynamaq imkanı əldə edib.
Hər hissədə bir dəfə fərqlənən avropalılar, ardıcıl ikinci dəfə mundialın finalında oynayacaq. Dekabrın 18-də keçiriləcək son qarşılaşmada onların rəqibi Argentina olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qətərdə keçirilən çempionatın sürpriz komandası Mərakeş isə bir gün əvvəl Xorvatiya ilə 3-cü yer uğrunda görüşə çıxacaq.
DÇ-2022, yarımfinal 14 dekabr
23:00. Fransa - Mərakeş - 2:0 Qollar: Teo Hernandes, 5, Kolo Muani, 79 Baş hakim: Sezar Ramos "Əl Bayt" stadionu
Qeyd edək ki, Argentina və Fransa hərəsi iki dəfə dünya çempionu tituluna yiyələnib. Fransızlar bu uğura 1998 və 2018-ci illərdə nail olubsa, cənubi amerikalılar sonuncu dəfə Maradonanın benefisi ilə başa çatan 1986-cı il mundialında bu uğura çatıblar. İlk çempionluqlarını isə 1978-ci ildə yaşayıblar.
Zamiq Demokrat.az


