Türkiyə sahillərində nəsli kəsilməkdə olan su samurlarına rast gəlinib.
Demokrat az İHA-ya istinadən xəbər verir ki, görüntülər Artvinin Pınarlı kəndindəki Karçal çayında çəkilib.
Heyvanlar kənd sakini Kader Uçar tərəfindən lentə alınıb.
Kadrlarda göründüyü kimi 3 su samuru uzun müddət suda üzdükdən sonra dərə kənarına çıxırlar. Daha sonra yenidən suya girən samurları gözdən itiblər.
Qeyd edək ki, Dünya Təbiət və Təbii Sərvətlər Birliyi su samurlarını nəsli kəsilməkdə olan heyvanlar sırasına daxil edib.
Həsən Demokrat.az

