Xəbər verdiyimiz kimi, Aqil Səlim oğlu Qurbanov Azərbaycan müdafiə nazirinin müavini təyin edilib.
Demokrat.az-ın məlumatına görə, Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Ətraflı
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə "Azerfon” ("NarMobile”) şirkətində və "Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə "Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında "Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında "Sumqayıt Texnologiyalar Parkı”ın Müşahidə Şurasının sədri təyin edilib.





