Dünya Özəl

Parkinq davası qanla bitdi — Polis vətəndaşı güllələdi (FOTOLAR)

Parkinq davası qanla bitdi — Polis vətəndaşı güllələdi (FOTOLAR)

İstanbulda polis parkinq üstündə vətəndaşı güllələdi İstanbulda polis məmuru mübahisə etdiyi vətəndaşı güllələyib.

Demokrat.az DHA-a istinadla xəbər verir ki, hadisə Cərrahpaşa Tibb Universitetinə məxsus xəstəxanada baş verib.

Müalicə üçün xəstəxanaya gələn Emrullah adlı polis məmuru ilə Mehmet adlı vətəndaş arasında parking üstündə mübahisə yaranıb. Ətrafdakı insanlar davaya müdaxilə edərkən polis məmuru avtomobilindən götürdüyü silahla Mehmetə atəş açaraq üz nahiyəsindən yaralayıb. Həmin dəqiqə xəstəxanada həkim nəzarətinə götürülən Mehmetin vəziyyəti qənatbəxşdi. Hadisəni törətməkdə təqsirli bilinən polis həbs edilib. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Parkinq davası qanla bitdi — Polis vətəndaşı güllələdi (FOTOLAR)
Parkinq davası qanla bitdi — Polis vətəndaşı güllələdi (FOTOLAR)

Arzu Demokrat.az

NE
Nihadə Eyyubova