Hadisə

Şəmkirdə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası olub.

“Report” xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Cəfərova və daha 3 nəfər xəsarət alıb.

Məlumata görə, onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az